ABŞdan Ukraynaya 450 milyon dollarlıq yeni yardım paketi


Dünya 24 İyn 2022 07:00:00 169 0

ABŞdan Ukraynaya 450 milyon dollarlıq yeni yardım paketi

Ağ Ev rəsmi olaraq Ukrayna Silahlı Qüvvələrinə daha çox silah və texnikanın təhvil verilməsini təmin etmək üçün Ukraynaya əlavə 450 milyon dollarlıq müdafiə dəstəyi elan edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun sözlərinə görə, dəstəyə HIMARS sistemləri, döyüş sursatı və digər avadanlıqlar da daxildir:

"ABŞ öhdəliklərimizin bir hissəsi olaraq Ukraynaya 450 milyon dollar əlavə müdafiə dəstəyi elan edib".