Su anbarını ilanlar basıb: İçməli su üçün


Digərləri 23 İyn 2022 21:14:00 143 0

Su anbarını ilanlar basıb: İçməli su üçün

Ceyranbatan su anbarının sahillərində çoxlu sayda ilanlar peyda olub. Yerli sakinlər deyir ki, havaların istiləşməsindən sonra ətrafdakı ilanların sayı xeyli çoxalıb. Təbii ki, onların arasında xeyli sayda zəhərli ilanlar da var.

Son.az bizim.media-ya istinadən bildirir ki, yerli sakinləri, eləcə də digər vətəndaşlarımızı narahat edib.

Narahatlığın bir səbəbi ətrafdakı insanların sancmaq qorxusudursa, digər səbəbi Abşeron yarımadasının böyük hissəsini içməli su ilə təmin edən Ceyranbatan su anbarında suyun hansısa dərəcədə zəhərlənmə ehtimalıdır.

Sakinlərin deməsinə görə, ilanlarla bağlı su anbarının ətrafında hər hansı tədbir də görülmür.

Məsələ ilə bağlı "Azərsu" ASC-nin mövqeyini öyrənmək istədik. Lakin gün ərzində qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının telefonuna zəng çatmadı.

Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, professor Azər Maqsudovla isə mütəxəssis rəyi almaq üçün müracət etdik. Azər Maqsudov narahatçılığa hər hansı bir əsasın olmadığını söylədi: