Qadın otbiçən maşını ilə qonşularının toyunu pozdu VİDEO


Digərləri 23 İyn 2022 19:30:00 141 0

Qadın otbiçən maşını ilə qonşularının toyunu pozdu  VİDEO

Qadın evin qarşısındakı ot biçməyə başlayıb və qonşuların toyunu pozub.

Son.az bildirir ki, kadrlarda bəylə gəlinin qonaqların iştirakı ilə mərasim keçirilməsi əks olunub. Nikah bağlama vaxtı gələndə qonşu otbiçən maşını işə salıb səsindən gəlinin sözləri eşidilməyib.

Qadının həmin gün mərasimi görməsinə və yəqin ki, əlavə səs-küyə ehtiyac olmadığını başa düşməsinə baxmayaraq, niyə ot biçmək qərarına gəldiyi məlum deyil. Yayımlanan videoda eqoist qonşuya Karen ləqəbi verilib (Karen xüsusi imtiyazlara malik olduğuna inanan və qalmaqal etməyi sevən ağdərili qadınların kollektiv obrazıdır).

Videoya 2000-ə yaxın şərh gəlib. "Bu, məkan üçün pul ödəmədiyiniz zaman dözməli olduğunuz bir şeydir. Qonşunun istədiyi vaxt biçmək hüququ var idi", - istifadəçilərdən biri yazıb.