Rusiya qüvvələri Lisiçanskın cənubuna doğru 5 kmdən çox irəliləyib


Dünya 23 İyn 2022 12:50:00 122 0

Rusiya qüvvələri Lisiçanskın cənubuna doğru 5 kmdən çox irəliləyib

Rusiya qüvvələri iyunun 19-dan bəri Donbasın Lisiçansk şəhərinin cənubuna doğru 5 kilometrdən çox irəliləyib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, bəzi Ukrayna bölmələri güman ki, mühasirəyə düşməmək üçün geri çəkilib.

Vurğulanıb ki, Rusiyanın bu sektorda yaxşılaşmış performansı, ehtimal ki, onun bölmələrini gücləndirməsinin və güclü atəş cəmləməsinin nəticəsidir.

Məlumatda o da bildirilib ki, Rusiya Lisiçansk-Severodonetsk istiqamətindəki ukraynalıları artan təzyiq altında saxlayır, lakin onun Donetsk vilayətini ələ keçirmək üçün dərin mühasirə yaratmaq səyləri dayanıb.