"Əsas prioritetin Ukrayna olması vacibdir"


Dünya 22 İyn 2022 23:05:00 148 0

"Əsas prioritetin Ukrayna olması vacibdir"

Ukrayna Çexiyanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyinin əsas prioriteti olacaq.

Son.az "report"a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski tvitterdə qeyd edib.

Qeyd edək ki, bu gün Zelenski Çexiyanın Baş naziri Petr Fiala ilə danışıqlar aparıb. Tərəflər Çexiyanın Aİ Şurasına gələcək sədrliyini müzakirə ediblər.

"Biz ilin ikinci yarısında Avropa İttifaqı Şurasında Çexiyanın sədrliyinin prioritetlərini müzakirə etdik. Əsas prioritetin Ukrayna olması vacibdir", - Zelenski danışıqlardan sonra deyib.

Prezident, həmçinin Ukraynanın Aİ-yə namizədliyini ardıcıl şəkildə dəstəklədiyinə görə Çexiyanın Baş nazirinə təşəkkür edib.

Qeyd edək ki, Çexiya iyulun 1-dən altı ay müddətinə Aİ Şurasına rəhbərlik edəcək.