Putinin “nüvə çamadanı”nı daşıyan şəxs başından vuruldu


Dünya 22 İyn 2022 22:40:00 136 0

Putinin “nüvə çamadanı”nı daşıyan şəxs başından vuruldu

Rusiya Prezidenti Vladimir Putinin mühafizəçisi olan və "nüvə çamadanı"nı daşıyan FSB polkovniki Vadim Zimin başından güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

"Hazırda o, ağır vəziyyətdə reanimasiyadadır", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Zimin iyunun 20-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki mənzilində qan içərisində olub. Onun yanında "İj 79-9TM" markalı travmatik tapança aşkar edilib. FSB zabitini qardaşı tapıb.