Türkiyəyə diqqətçəkən səfər


Dünya 22 İyn 2022 22:55:00 166 0

Türkiyəyə diqqətçəkən səfər

İngiltərənin Müdafiə naziri Ben Uolles Türkiyəyə rəsmi səfərə gələcək.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, Uollesin səfərinin Türkiyə müdafiə naziri Hulusi Akarın dəvəti ilə sabah baş tutacağı bildirilib.

Türkiyə Müdafiə Nazirliyində rəsmi mərasimlə qarşılanacaq Uolles və Akar təkbətək görüşəcək və heyətlərarası görüşlərə rəhbərlik edəcəklər.

Ankarada keçiriləcək görüşlərdə ikitərəfli və regional təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlıq, xüsusilə Ukraynadakı hadisələrin müzakirə ediləcəyi gözlənilir.