Məşhur müğənni vəfat etdi


Dünya 22 İyn 2022 12:24:00 141 0

Məşhur müğənni vəfat etdi

Kamerun əsilli rus müğənnisi Pyer Narsiss vəfat edib.

Son.az bildirir ki, bu barədə iyunun 22-də onun həyat yoldaşı Valeriya Kalaçeva İnstaqramda məlumat verib.

İfaçının 45 yaşı var idi.

"Yer üzündə birlikdə keçirdiyiniz vaxta görə təşəkkür edirəm. Pyer, sən həmişə qəlbimizdə və dualarımızda olacaqsan. Gözəl qızın üçün təşəkkür edirəm. Mən səni mehribanlıqla, sülhlə və məhəbbətlə Uca Tanrının əlinə verirəm", - deyə Kalaçeva yazdı.

Sənətçinin həyat yoldaşı ölüm səbəbini açıqlamayıb.

Aslan Məmmədov Son.az