Pərviz Şahbazov Azərbaycanda bərpa olunan enerji güclərinin həcmini açıqlayıb


Digərləri 22 İyn 2022 11:07:00 144 0

Pərviz Şahbazov Azərbaycanda bərpa olunan enerji güclərinin həcmini açıqlayıb

Azərbaycanın hazırda hidro daxil olmaqla bərpa olunan enerji gücləri 1 312 meqavatdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu energetika naziri Pərviz Şahbazov öz "Twitter" səhifəsində yazıb.

"Qarşıdakı illərdə istismara veriləcək 1 000 meqavatt gücündə külək, günəş və su elektrik stansiyaları və 4 giqavatlıq yeni layihələr üzrə fəaliyyətimiz enerji balansında "yaşıl" enerjinin mövqeyini gücləndirəcək", - nazir bildirib.