"İstədiyim əməliyyatları keçirtdim və "stop" dedim"


Şou-biznes 21 İyn 2022 20:30:00 115 0

"İstədiyim əməliyyatları keçirtdim və "stop" dedim"

"Qalmaqaldan qaçıram, çalışıram qalmaqal olmasın. Tural (red. aparıcı Tural Əsədov) səs-küylü insan deyil. Ona hörmət etdiyim üçün çalışıram ki, istəmədiyi işi etməyim. Amma hərdən dözmürəm. Müğənninin öz janrı olduğu kimi, hər bir aparıcının da öz ampluası var. Tural danışıb, gülən insandır. Onun yumor hissi güclüdür. Verilişdə müğənnilərlə zarafatlar edir. Lakin onun bu zarafatlarını hər ifaçı anlamır. Amma yenə də edir. "Səhər mərkəzi"ndə özümü biraz yığışdırıram. İstəyirəm nəsə deyim, amma sonra söyləyirəm ki, "Afaq, yeri deyil, özünə gəl". 

Son.az xəbər verir ki, bu sözləri bizim.media-nın əməkdaşı ilə söhbətində məşhur teleaparıcı Afaq Gəncəli deyib.

"Yeni mövsümdən "Səhər Mərkəzin"də aparıcılığınızı davam etdirəcəksiniz?" sualına aparıcı "Bu suala cavab verə bilməyəcəyəm, sual altındadır" deyə qısa cavab verib. 

A.Gəncəli aparıcısı olduğu səhər verilişinin pərdəarxası çətinliklərindən söz açıb.  

"Səhər mərkəzi"ndə olmaq istəyirəm. Verilişə və həmkarım Turala çox öyrəşmişəm. Onunla birgə veriliş aparmaq mənim üçün rahatdır. Əvvələr yad olsa da, sonradan öyrəşdim. Bu isə səhərlər tez durmaqla əlaqədar idi. Çünki səhər saat 5-dən dururam. Verilişə tam hazır vəziyyətdə olmalıyam. Dırnaqarası verilişə çıxa bilmərəm. Saçım, vizajım yerində olmalıdır.

Beşdə yuxudan durmaq üçün saat doqquzda yatıram. Artıq bu kimi məsələləri öz yoluna qoymuşam. Veriliş axşam olsaydı, mənim üçün əla olardı. Baxaq görək, yeni televiziya mövsümündən hansı yeniliklər olacaq. Hələki heç nə dəqiq deyil deyə, sizə bu haqda açıqlama verə bilmirəm.  

Teleaparıcı gündəmi çalxayan "Şourum" maqazin verilişində yeni mövsümdən dəyişikliklərin olacağının anonsunu verib. 

"Aparıcısı olduğum "Şourum" maqazin verilişi yüz faiz olacaq. Amma bu verilişdə də bir sıra dəyişikliklərin olacağı gözlənilir. Bilirsiz ki, hər efirimizin ulduz qonağı olur. Onlar özlərini cəsarətli görüb, verilişə gəlirlər. Amma sonra başlayırlar narazıçılıqlar etməyə ki, axı mən bu sözü niyə dedim".  

"Şourum"da qalmaqallı açıqlamalar verib, sonra da danışdıqlarına peşman olan müğənnilərdən Afaq tənqə gəldiyini söyləyib.   

"17 ildir ki, maqazin verilişinin aparıcısıyam. Amma "Şourum" qədər başım hələ bu qədər ağrımamışdı. Mən onların dillərindən tutub danışmıram ki, onlar özləri danışıb, açıqlamalar verirlər.

Sakit bir kənarda oturub, deyirəm ki, bu, sənin fikrindir.