Məşhur investorla nahar yeməyi üçün 19 milyon dollar ödədilər


Dünya 21 İyn 2022 20:00:00 100 0

Məşhur investorla nahar yeməyi üçün 19 milyon dollar ödədilər

Anonim bir maliyyəçi investor Uorren Baffett ilə xüsusi steyk yemək üçün rekord məbləğ - 19 milyon dollar ödəyib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, investisiya bazarının əfsanəsi ilə nahar etmək imkanı hərraca çıxarılıb. Hərrac iyunun 12-də 25 min dollarla başlayıb, anonim iştirakçıdan 19 milyon 100 min dollarla başa çatıb. Hərracın qalibi Baffet ilə naharda görüşərək steyk yeyə biləcək.

Bundan əvvəl Uorren Baffetin dünyanın ən varlı adamları reytinqində beşinci yeri tutduğu bildirilirdi.