Britaniya hərbi süni intellekt strategiyasını


Dünya 21 İyn 2022 08:22:00 155 0

Britaniya hərbi süni intellekt strategiyasını

Böyük Britaniyanın Müdafiə Nazirliyi orduda süni intellektin inkişafı üçün ümumi prinsipləri özündə əks etdirən Hərbi Süni İntellektin İnkişafı Strategiyasını dərc edib.

Son.az "Report"a istinadən bildirir ki, sənəd ölkə hökumətinin rəsmi saytında yerləşdirilib.

Böyük Britaniyanın Müdafiə Təchizat naziri Ceremi Kuin strategiyanın dörd əsas prinsipini açıqlayıb: səmərəlilik, döyüş hazırlığı, dəqiqlik və təsir. Onun sözlərinə görə, Britaniya ordusunda süni intellekt şəxsi heyətin iş yükünü azaltmalı, qərarların qəbuluna kömək etməli və təhdidlərə reaksiya sürətini artırmalıdır:

"Gələcəyin hərbi münaqişələri süni intellekt texnologiyasının sürəti və effektivliyi ilə qalib gələ və ya məğlub ola bilər və bizim süni intellektə yanaşmamız sürətli, iddialı və hərtərəfli olmalıdır".