İsrail və ABŞ Yaxın Şərqdə müdafiə


Dünya 21 İyn 2022 08:28:00 142 0

İsrail və ABŞ Yaxın Şərqdə müdafiə

İsrail və ABŞ Yaxın Şərqdə hava hücumundan müdafiə alyansı yaradıblar.

Son.az "Report"a istinadən bildirir ki, bunu İsrailin müdafiə naziri Benni Qantz deyib.

Nazir qeyd edib ki, alyans İsrailə regionun digər ölkələri ilə əlaqələr qurmağa imkan verəcək. Agentlik hesab edir ki, bunlar Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn, eləcə də Körfəz Əməkdaşlıq Şurasının digər ölkələridir.

Bundan əlavə, adı açıqlanmayan mənbələr "Reuters"ə izah ediblər ki, alyans üzvləri hava hücumundan müdafiə sistemlərindən məlumat mübadiləsi aparacaqlar, lakin sistemlərin özləri hər bir ölkə üçün fərqli olacaq.