Asiyanın ən böyük sərnişin dəmiryol qovşağı işə başladı


Dünya 20 İyn 2022 22:19:00 154 0

Asiyanın ən böyük sərnişin dəmiryol qovşağı işə başladı

Çinin paytaxtı Pekində Asiyanın ən böyük sərnişin dəmiryol qovşağı istifadəyə verilib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, "Fentay" vağzalının 32 dəmir yolu xətti və bir o qədər də platforması var. Qovşağın ümumi sahəsi 400 min kvadratmetrdir. Hər saat ərzində burada 14 minədək sərnişin yerləşə bilər. İlk mərhələdə vağzal sutkada 120 sərnişin qatarına xidmət göstərəcək.

Çin paytaxtının cənub hissəsindəki eyni adlı rayonda yerləşən "Fentay" dəmir yolu vağzalı 1895-ci ildə tikilib və həm sərnişin, həm də yük daşımalarında istifadə olunub. Onun yenidən qurulmasına 2018-ci ildə başlanıb. Bu, ölkədə yüksək sürətli və adi qatarlara xidmət edən ilk iki yaruslu dəmir yolu vağzalıdır.

Vağzalın yanında metro stansiyasının yerləşməsi sərnişinlərin rahat transferini təmin edir.