TikTokdakı fırıldaqçılar Falçılar insanları belə aldadırlar


Digərləri 20 İyn 2022 19:45:00 127 0

TikTokdakı fırıldaqçılar  Falçılar insanları belə aldadırlar

Son zamanlarda sosial şəbəkələrdə insanları müəyyən üsullarla aldadıb qazanc əldə etmək istəyənlərin sayı artıb. 

Belə insanlar isə TikTok sosial şəbəkəsində daha çoxdur. Belə ki, bu cür profillərin adının yanında çox vaxt baxıcı sözü olur. Elə orda axtarış yerinə baxıcı yazsanız, sizə hər cür "kömək" göstərə biləcək insanları tapa bilərsiniz. 

Onu da qeyd edək ki, onların çoxu onlayn xidmət göstərir. Siz onların bank kartına pul atırsınız, onlar da sizin gələcəyinizi deyir, problemlərinizi həll edir, hətta sevgilinizlə belə sizi barışdırır. 

Düzdü, o insanlara bunu irad tutanda haqlı olaraq "Biz onları məcbur etmirik ki" deyirlər. Amma bu falçılara aldanıb, sonradan pulunu qaytarmaq istəyənlər də az olmur. Çünki ortada biz düşündüyümüz dən böyük məbləğlərdən söhbət gedir. 

Son.az xəbər verir ki, bu barədə lent.az-a açıqlama verən  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, bəzi sosial şəbəkə seqmentlərində belə neqativ hallar müşahidə olunur: