Bu məmurun maaşı 3500 manata qaldırılır


Digərləri 20 İyn 2022 20:08:00 113 0

Bu məmurun maaşı 3500 manata qaldırılır

İnsan Hüquqları üzrə Müvəkkilin maaşı artırılır.

Son.az APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya qanununa təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, müvəkkil 2230 manat məbləğində aylıq əmək haqqı alır. Müvəkkil məzuniyyətə çıxdığı vaxt onun müalicə olunması və istirahət etməsi üçün iki aylıq əməkhaqqı məbləğində ona pul təminatı verilir.

Dəyişikliyə əsasən, müvəkkil 3060 manat məbləğində vəzifə maaşı alacaq. Eyni zamanda Ombudsmanın aylıq vəzifə maaşının 1,65 misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.

Qanun qəbul ediləcəyi təqdirdə 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Bundan başqa, Konstitusiya Məhkəməsi hakiminin əməkhaqqı da artırılır. Bu, "Konstitusiya Məhkəməsi haqqında" qanuna nəzərdə tutulan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Konstitusiya Məhkəməsi hakiminin əməkhaqqı vəzifə maaşından, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vəzifə maaşına əlavələrdən, digər müavinətlərdən və Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün aylıq vəzifə maaşının 50%-i məbləğində vergilərdən azad olunan aylıq pul təminatından ibarət olacaq. Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı isə 3500 manat olacaq.