Azərbaycanın tranzit ölkə kimi nüfuzu artır VİDEO


Digərləri 20 İyn 2022 17:30:00 105 0

Azərbaycanın tranzit ölkə kimi nüfuzu artır  VİDEO

Ukrayna-Rusiya müharibəsi fonunda Azərbaycanın tranzit imkanları daha da genişlənir. Azərbaycanla Gürcüstan arasındakı ''Sınıq Körpü'' sərhəd keçid məntəqəsindən yükdaşımaların həyata keçirilməsinə tələbat kəskin artıb. Bu barədə ''Xəzər Xəbər''in Gürcüstan müxbirinə müsahibəsində gürcü politoloq Nika Çitadze bildirib. Onun sözlərinə görə bu tendensiya gündən-günə güclənir.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, dünyada müşahidə edilən geosiyasi vəziyyət Azərbaycan üzərindən yükdaşımaların önəmini artırır. Bunu "XəzərXəbər"in Gürcüstan müxbirinə açıqlamasında politoloq Nika Çitadze bildirib. Onun sözlərinə görə, xüsusilə Ukrayna-Rusiya müharibəsi fonunda Azərbaycanın tranzit potensialı olduqca artıb.

Gürcü politoloq Azərbaycanın Avropa İttifaqı, eləcə də Çinin təşəbbüsü ilə həyata keçirilən nəhəng layihələrdə fəal iştirak etdiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, bir müddət öncə ''Sınıq körpü'' sərhəd keçid məntəqsindən keçən yük maşınlarının sayının kəskin artması sərhəddin Gürcüstan hissəsində tıxaca səbəb olmuşdu.