Keçmiş ərini məhkəməyə verdi,


Şou-biznes 19 İyn 2022 23:31:00 187 0

Keçmiş ərini məhkəməyə verdi,

Modelyer İvana Sertin keçmiş həyat yoldaşı Yurdal Sertlə 2012-ci ildən bu yana olan mülk davası başa çatıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, İvana iş adamı Yurdal Sertdən 2011-ci ildə boşanıb. Cütlüyün oğlunun qəyyumluğu modelyerdə qalıb. Keçmiş əri təzminat olaraq İvanaya 400 min lirə və aylıq 5 min lirə aliment ödəyib.

Bu günlərdə isə İvana alimentin az olduğunu və 15 min lirəyə qaldırılmasını tələb edib. Məhkəmə isə Yurdalın oğlu üçün ayda 9500 lirə ödəməsinə qərar verib.

Qeyd edək ki, Sert bir müddət əvvəl sevgilisi Sezer Dermenci ilə Maldizvdə ailə qurub.