Yunanıstan Azərbaycan qazının Bolqarıstana


Digərləri 19 İyn 2022 19:27:00 97 0

Yunanıstan Azərbaycan qazının Bolqarıstana

Yunanıstan Azərbaycan qazının Bolqarıstana nəqlinə başlayıb.

Azərbaycan qazının Komotini-Stara Zaqora kəməri ilə Yunanıstandan Bolqarıstana sınaq nəqlinə bu gün başlanılıb, sınaq işləri ayın sonunadək davam edəcək.

2022-ci il iyulun 1-dən razılaşdırılmış 1 milyard kubmetr həcmində tədarüklərə başlanacağı gözlənilir.

Qeyd edək ki, Komotinidəki boru kəməri və Aleksandrupolis yaxınlığındakı terminal Bolqarıstan və region ölkələrinə Cənub Qaz Dəhlizindən qaz almağa imkan verəcək.