İtaliyada küçələrdən buzlu çay axdı


Dünya 19 İyn 2022 14:37:00 127 0

İtaliyada küçələrdən buzlu çay axdı

İtaliyanın şimal hissəsi güclü yağışların və dolunun təsirinə məruz qalıb. Bir anda yaranan buzlu çay Toskana küçələri ilə axmağa başlayıb.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, bundan başqa, Val Di Kyana və Kastilyon-Fiorentino şəhərləri də zərər çəkib.

Təbii fəlakət nəticəsində ağaclar qırılıb, avtomobillərə, evlərə və infrastruktura, həmçinin kənd təsərrüfatına ziyan dəyib. Küçələrdə daşqın evlərin birinci mərtəbəsinə çatıb.

Zərərçəkənlər barədə məlumat verilməyib.