Türkiyə 9 terrorçunu zərərsizləşdirib


Dünya 19 İyn 2022 13:00:00 99 0

Türkiyə 9 terrorçunu zərərsizləşdirib

Türkiyə silahlı qüvvələri İraqın şimalında PKK terror təşkilatının 9 silahlısını zərərsizləşdirib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Türkiyə ordusunun mənsubları "Pençe-Kilit" əməliyyatını uğurla davam etdirirlər.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən minlərlə Türkiyə təhlükəsizlik qüvvələrinin əməkdaşı və mülki şəxs öldürülüb.