“Whatsapp”da yeni funksiyalar istifadəyə verildi


Digərləri 19 İyn 2022 13:45:00 201 0

“Whatsapp”da yeni funksiyalar istifadəyə verildi

"WhatsApp"ın tərtibatçıları bir sıra yenilikləri özündə cəmləşdirən messencerin yenilənmiş versiyasını təqdim ediblər.

Son.az oxu.az-a istinadən bildirir ki, artıq istifadəçilər qrup zəngləri zamanı digər iştirakçıların səsini tamamilə ala bilərlər. Bildirilir ki, bu, həmsöhbətlərdən biri mikrofonu söndürməyi unutduqda, çox faydalı ola bilər.

Xüsusiyyət qrup zənginin hər bir üzvü üçün əlçatan olacaq və menecer tərəfindən məhdudlaşdırılmayacaq.

Həmçinin qrup zənginin iştirakçıları bir-birlərinə şəxsi mesajlar göndərmək imkanı əldə edəcəklər. Bununla yanaşı, yeniliyə əsasən, qrup çatına yeni istifadəçi qoşulduqda bütün iştirakçılara xüsusi bildiriş göndərilcək.