Zooparkda ölüm Pələngi sığallamaq istəyərkən... VİDEO FOTO


Dünya 18 İyn 2022 13:45:00 129 0

Zooparkda ölüm  Pələngi sığallamaq istəyərkən...  VİDEO  FOTO

Zoopark işçisinin benqal pələngini sığallamaq istəyi onun üçün faciə ilə bitib.

Hadisə Meksikanın Miçiokan ştatında baş verib. 23 yaşlı Xose de Xesus pələngi sığallamaq üçün əlini volyerin içinə salıb. Vəhşi heyvan əvvəlcə bu nəvazişi müsbət qarşılasa da, sonra qəfildən Xesusun əlindən yapışıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, gənc qışqıraraq xilas üçün kömək istəyib.

Tezliklə heyvan baxıcının əlini buraxıb.

Zooparka təcili yardım çağırılıb və Xesus xəstəxanaya aparılıb. O hələ huşu üstündə olanda həkimlərdən yaralı əlini amputasiya etməmələrini istəyib. Daha sonra gəncin vəziyyəti sürətlə pisləşməyə başlayıb və az sonra ürək tutmasından dünyasını dəyişib.