Bakıda avtomobil 18 yaşlı gənci vuraraq ağır xəsarət yetirib


Digərləri 17 İyn 2022 08:12:00 160 0

Bakıda avtomobil 18 yaşlı gənci vuraraq ağır xəsarət yetirib

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "report"a istinadən bildirir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Mərdəkan qəsəbəsində avtomobil yolu keçən 2004-cü il təvəllüdlü Əliyev Nihad Qismət oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.