Gürcüstanda ictimai nəqliyyatda maska tələbi ləğv edilir


Dünya 16 İyn 2022 19:52:00 150 0

Gürcüstanda ictimai nəqliyyatda maska tələbi ləğv edilir

Gürcüstanda ictimai nəqliyyatda qoruyucu maskadan istifadə tələbi ləğv edilir.

Son.az report-a istinadən xəbər verir ki, bununla bağlı qərarı Gürcüstan hökuməti qəbul edib.

İyunun 20-dən qüvvəyə minəcək qərarla sərnişinlər avtobus və metroda maskadan istifadə etməli olmayacaqlar.

Qərara əsasən, maska taxmaq tələbi yalnız tibb müəssisələrində qüvvədə saxlanılacaq.

Son.az