Məşhur serial yenidən ekranlara qayıdır


Dünya 15 İyn 2022 23:01:00 118 0

Məşhur serial yenidən ekranlara qayıdır

Türkiyənin məşhur serialı "Behzat Ç." üçüncü dəfə yeni bölümləri ilə ekranlara qayıdır.

Son.az kult.az-a istinadla xəbər verir ki, məşhur aktyor Ərdal Beşikçioğlu serialın eyni heyətlə davam edəcəyini açıqlayıb.

Serialın yeni bölümləri Blu TV-də yayımlanacaq.

Qeyd edək ki, ilk dəfə serial 2010-2013-cü illər arasında Star TV-də yayımlanıb.