Türkiyə 400 milyard dollarlıq təbii qaz kəşf etdi: "Hələ hamısı deyil..."


Dünya 15 İyn 2022 23:47:00 113 0

Türkiyə 400 milyard dollarlıq təbii qaz kəşf etdi: "Hələ hamısı deyil..."

"Qara dənizdəki təbii qazın bazar dəyəri 400 milyard dollardır. Quyulardan maksimum hasilat 2026-cı ildə olacaq və Türkiyənin enerji istehlakının 35 faizi buradan qarşılanacaq".

Son.az xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz deyib.

Nazir bildirib ki, 2023-cü ilin mart ayının sonunda gündəlik 10 milyon kubmetrlik ilkin hasilat gözlənilir: "İkinci mərhələdə 40 milyon kubmetr hədəfləyirik. 2026-cı ilə qədər ev təsərrüfatlarının bütün enerjisi buradan qarşılanacaq. 25-30 il yaşayış evlərində istifadə olunan qazın hamısı Qara dənizdən çıxacaq. Vətəndaşlarımızın rahatlığı bizim üçün prioritet məsələlərdən biridir".

Fatih Dönməz bütün işlərin eyni vaxtda həyata keçirdiyin də qeyd edib: "Onlardan birinin bitməsini gözləsəniz, layihə 10 il çəkəcək. Gələn ilin birinci rübündə qazı təhvil verəndə bir çox sahədə rekordlar qıracağıq. Cəmi 540 milyard kubmetr qaz aşkar etmişik.

Axtarışlarımız Qara dənizlə məhdudlaşmır. Biz Şərqi Aralıq dənizində fokuslanmışıq. İraq və İsrail qazının nəqli ilə Türkiyə əhəmiyyətli bir enerji bazasına çevriləcək. (publika.az)