Meymunçiçəyi epidemiyasının episentri... ÜST


Dünya 15 İyn 2022 22:51:00 181 0

Meymunçiçəyi epidemiyasının episentri...  ÜST

Meymunçiçəyi virusu Avropa qitəsinin 25 ölkəsində yayılıb. İndiyədək təsdiqlənmiş 1600-dən çox yoluxmanın 85 faizi Avropadadır.

Son.az axar.az-a istinadən bildirir ki, bunu ÜST-ün Avropa regionu üzrə nümayəndəsi Hans Kluge deyib.

O, virusun yayılmasının artıq risk daşımağa başladığını vurğulayıb:

"Virus nə qədər uzun müddət yayılmağa davam edərsə, onun yaratdığı risk bir o qədər çox olar və endemik olmayan ölkələrdə də güclü təsir bağışlayar".