Azər bu dəfə Kənanla dava etdi


Şou-biznes 15 İyn 2022 14:15:00 104 0

Azər bu dəfə Kənanla dava etdi

Aparıcı Azər Zahid TikTok-da növbəti dəfə qalmaqal yaşayıb.

Son.az olay-a istinadən xəbər verir ki, o, rejissor Kənan Mahmudovla (MM) mübahisə edib.

Sözügedən sosial şəbəkə platformasında oyun oynayan iki məşhurun sözü çəp gəlib.

Oyunda uduzan Kənanın davranışı Azəri qıcıqlandırıb. Bundan sonra o, "Bilirsən ki, gül ağzım açılsa, susmayacam. Mən kiminsə jetonu ilə oturub-durmuşam? Yeri gəlsə hər kəsə, elə sənə də jeton atmışam. Məni başqası ilə səhv salma. Uduzmusansa, qəbul et. Sən bunu qəbul etməyi bacarmırsan. De ki, təbrik edirəm, salamat qal. Mən sənə hədiyyə atanda o sevinci yaşamısan. Kimsə hədiyyə atanda təşəkkür etməyəcəksən?" sözlərini səsləndirib.

Kənan isə "Rəqəmlər də göstərir ki, uduzmuşam. Təbrik edirəm. İzləyicilərə də təşəkkür edirəm ki, sənə hədiyyə atıblar", - deyə bildirib.