Çin 10 il ərzində nüvə arsenalını 34 dəfə artıra bilər


Dünya 15 İyn 2022 09:05:00 249 0

Çin 10 il ərzində nüvə arsenalını 34 dəfə artıra bilər

Çin növbəti on il ərzində nüvə arsenalını üç və ya dörd dəfə artıra bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bu proqnozla ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kol çıxış edib.

Onun sözlərinə görə, iki nüvə dövləti (Rusiya və Çin nəzərdə tutulur - red.) ilə - kəmiyyət və keyfiyyət baxımından bərabər - üz-üzə dayanmaq perspektivi yeni bir fenomen olardı. Hal-hazırda bunu çüşahidə etmirik, lakin 2030-cu illərdə bu belə ola bilər", - K. Kol vurğulayıb.

Eyni zamanda, nazir müavini qeyd edib ki, ABŞ özünün nüvə silahlarını ilk növbədə çəkindirmə vasitəsi hesab edir.