Bu ölkədə də meymunçiçəyi aşkarlandı


Dünya 15 İyn 2022 08:45:00 147 0

Bu ölkədə də meymunçiçəyi aşkarlandı

Slovakiyada "meymunçiçəyinə" ilk yoluxma faktı təsdiqlənib.

Trend "TASS"a istinadla xəbər verir ki, bu barədə yerli "TAZ" telekanalı məlumat yayıb.

Belə ki, Slovakiyanın şərqindəki Preşov şəhərindəki xəstəxanaya "meymunçiçəyi" virusuna yoluxmada şübhəli bilinən xəstə yerləşdirilib. O, yoluxucu xəstəliklər şöbəsindədir. İlkin diaqnoz qoyan həkimlər Bratislavadakı ixtisaslaşmış laboratoriyadan gəlməli olan test nəticələrini gözləyirlər.

"Meymunçiçəyi" - nadir viral xəstəlikdir, əsasən vəhşi heyvanlardan (gəmiricilər, primatlar) insanlara ötürülür. Xəstəliyin simptomlarına yüksək hərarət, baş ağrısı, əzələ və bel ağrıları, şişkin limfa düyünləri, titrəmə və yorğunluq daxildir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, "meymunçiçəyi" epidemiyaları üçün ölüm nisbəti adətən 1% ilə 10% arasındadır. Ölümlərin əksəriyyəti gənc yaş qruplarında baş verir.