“Efirlər imkan yaratdı, gözə girdilər”


Şou-biznes 13 İyn 2022 20:15:00 295 0

“Efirlər imkan yaratdı, gözə girdilər”

Xalq artisti Röya Ayxan bayağı müğənnilərlə bağlı açıqlama verib.

Son.az olay-a istinadən xəbər verir ki,bu barədə "Şourum" verilişinə danışıb. 

Röya deyib ki, belə ifaçılar hər zaman olub:

"Yaxşısı da, pisi də olur. Bacarıqlı olublar, amma bunu düzgün yönləndirə bilməyiblər. Belə ifaçılar hər zaman var idi. Sadəcə indi efirlər çox imkan yaratdı, gözə girdilər. Nə vaxtsa onların yerinə başqası gəcələk. Yoxsa, deyim ki, caz oxu, Tünzalə ( Xalq artisti Tünzalə Ağayeva), Röya kimi oxu. Oxumur da! Mən onu hara çəkim, yönləndirim? Qoy, elə bu sənətdə olsun!".