Bakı yollarındakı son vəziyyət açıqlandı


Digərləri 13 İyn 2022 10:15:00 116 0

Bakı yollarındakı son vəziyyət açıqlandı

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı növbəti dəfə məlumat yayıb.

Son.az məlumatı təqdim edir:

1. Ziya Bünyadov prospektinin Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq

2. Alı Mustafayev küçəsində - əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq

3. Abbasqulu ağa Bakıxanov küçəsində, Murtuza Muxtarov küçəsi ilə kəsişmədən, Səməd Vurğun küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində sıxlıq

4. Dilarə Əliyeva küçəsində Puşkin küçəsi ilə kəsişmədən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər olan hissəsində sıxlıq

5. Şəmsi Bədəlbəyli küçəsinin, Mirzəağa Əliyev küçəsi ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq