Bakıda gənc oğlanı avtomobil vuraraq öldürüb


Digərləri 13 İyn 2022 08:09:00 142 0

Bakıda gənc oğlanı avtomobil vuraraq öldürüb

Bakı-Sumqayıt şossesində ölümlə nəticələnən qəza baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Ekologiya postunun yaxınlığında baş verib.

1999-cu il təvəllüdlü Seymur Məmmədov yolu keçərkən onu minik avtomobili vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.