Fransada bir neçə nazir postunu tərk edə bilər


Dünya 13 İyn 2022 08:15:00 289 0

Fransada bir neçə nazir postunu tərk edə bilər

Parlament seçkilərində iştirak edən Fransa hökumətinin bir neçə üzvü birinci turda səsvermənin ilk nəticələrinin dərcindən sonra istefa təhlükəsi ilə üz-üzə qalıblar.

Trend "TASS"a istinadla xəbər verir ki, bu barədə Fransa DİN məlumatlarında göstərilir.

Seçkilərdə hökumət üzvlərinin yarıdan çoxu iştirak edir: 14 nazir və baş nazir Elizabet Born.

Prezident Emmanuel Makron daha əvvəl xəbərdarlıq etmişdir ki, seçki dairələrində uduzanlar kabinetdə qala bilməyəcəklər.

Baş nazir, Kalvados departamentində öz bölgəsində birinci yeri qazansa da, solçu "Yeni Xalq Ekoloji və Sosial Birliyi" (NUPES) koalisiyasından olan rəqibi Noé Qoçard üzərində kifayət qədər üstünlüyə nail ola bilməyib. Seçicilərin 34,3%-i Borna, 24,5%-i NUPES-in namizədinə səs verib.