Məktəblilərin düşdüyü qəzada ölən yoxdur


Digərləri 13 İyn 2022 07:21:00 225 0

Məktəblilərin düşdüyü qəzada ölən yoxdur

Xəbər verdiyimiz kimi, Şamaxı-Bakı yolunda məktəbliləri və müəllimləri daşıyan avtobus qəzaya uğrayıb.

DİN-in Mətbuat Ximdətindən Son.az-a bildirilib ki, qəza zamanı ölən və ağır xəsarət alanların olması ilə bağlı bir sıra KİV-lərdə və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Axşam saat 22:50 radələrində Şamaxı-Bakı yolunun Acıdərə adlanan ərazisində avtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində yol nəqliyyat hadisəsi baş verib. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəzada xəsrəat alan şəxslərə köməklik göstərilib. Hadisə yerinə Təcili Tibbi Yardım maşını  çağırılıb. 4 nəfər yüngül xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb".

Faktla bağlı araşdırma aparılır.