Məşhur müğənninin üzünün yarısı iflic olub


Şou-biznes 11 İyn 2022 12:37:00 182 0

Məşhur müğənninin üzünün yarısı iflic olub

28 yaşlı məşhur müğənni Castin Biberin üzünün yarısı iflic olub.

Son.az bildirir ki, bu barədə onun özü İnstaqram səhifəsində məlumat verib.

Sənətçi pərəstişkarlarına müraciətində xəstəliyindən danışıb.

"Gördüyünüz kimi, bu göz qırpmır, üzümün bu tərəfi ilə gülümsəyə bilmirəm. Bu burun dəliyi tərpənmir. Bu o deməkdir ki, üzümün bu tərəfində tam iflic var", - deyə Biber bildirib.

Sənətçinin sözlərinə görə, ona Ramsey Hunt sindromu diaqnozu qoyulub. Bu vəziyyət bəzən herpes zoster olaraq adlandırılır. Üz sinirinin aşağı motor neyronlarının zədələnməsi, karlıq, başgicəllənmə və ağrı kimi dəyişkən təzahürlərə malikdir.

Aslan Məmmədov Son.az