Tale Bağırzadənin "hədəf"i


Digərləri 10 İyn 2022 15:37:00 142 0

Tale Bağırzadənin "hədəf"i

Antiazərbaycan qüvvələr yenə öz amplualarındadır. Ölkədəki sabitliyi pozmağa çalışan, xaricdən maliyyələşən qüvvələr yenidən aktivləşib. Maraqlıdır ki, hər dəfə ölkə hər hansı bir beynəlxalq əhəmiyyətli tədbirlər keçirməyə hazırlaşanda həmin qüvvələr yenidən gündəmə gəlməyə çalışır. Ölkədəki sabitliyi pozmağa yönəlik fəaliyyətə start verirlər. Hədəf də bəllidir. Beynəlxalq səviyyəli tədbir keçirilir və təbii ki, dünyanın aparıcı media vasitələrinin diqqəti ölkəmizə yönəlir. Bütün dünya idman azarkeşləri maraqla beynəlxalq yarışmanı izləyir. Və ölkəmizi hədəfə alan çirkin təbliğat yayanlar belə bir durumda iddia etməyə çalışırlar ki, Azərbayanda insan haqları pozulur və s.

Əyani bir misal. Uzun müddətdir ki, səsiçıxmayan, haqlı cəzasını çəkən və özünü  "Müsəlman Hərəkatı" birliyinin sədri kimi təqdim edən Taleh Bağırzadə ilə bağlı məsələ yenidən gündəm gətirilib. Onun saxlandığı istintaq təcridxanasında aclıq elan etdiyi barədə xəbər xarici intertet televiziyalarında sürətlə tirajlanmağa başlayıb. Yayılan məlumaya görə, onun aclıq aksiyası keçirməsinə səbəb guya polisin dini təhqir etməsi olub. Lakin bu fakt da təkzib edilib. Sözsüz ki, polisin dini təhqir etməsi barədə bugünlərdə yayılan böhtan xarakterli şayiələr də yuxarıda qeyd edilən kampaniyanın tərkib hissəsidir.

Taleh Bağırzadənin etirazına səbəb kimi göstərilən halın baş verib-vermədiyinə dair aparılan araşdırma da heç bir nəticə verməyib və polisin dini təhqir etməsinə dair hər hansı fakt müəyyən olunmayıb. Lakin araşdırma zamanı məsələnin daha maraqlı tərəfi barədə məlumat əldə edilib. 

Mötəbərliyinə şübhə etmədiyimiz mənbənin bizə verdiyi məlumata görə, Taleh Bağırzadə məhkum olunandan sonra həm daxildə, həm də xaricdə onun azad edilməsi üçün ciddi cəhdlər göstərilib. Bu yaxınlarda dövlət başçısının Əfv sərəncamı gözlənildiyi üçün bu səylər əməllicə gücləndirilib və xarici ölkələrdən birindən Taleh Bağırzadəyə onun adının da 2022-ci il mayın 27-də imzalanmış Əfv sərəncamına daxil edəcəyi vəd olunub.  Lakin sərəncam imzalandıqdan və elan edildikdən sonra Taleh Bağırzadə ona verilən vədlərin yalan olduğunu görüb və bundan sonra aktiv fəaliyyətə keçməyi qərara alıb. Hazırda onun keçirdiyi acllq aksiyası da məhz bunun nəticəsidir. 

Qeyd edək ki, Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub. Ona qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, çoxsaylı maddələrlə ittiham irəli sürülüb. T.Bağırzadə 2017-ci ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 19 il müddətinə azadlıqdan məhrum edilib.