Yüzlərlə alimi ALDATDILAR: Şuşaya getmək adı ilə 70 manat yığdılar


Digərləri 10 İyn 2022 14:45:00 134 0

Yüzlərlə alimi ALDATDILAR: Şuşaya getmək adı ilə 70 manat yığdılar

Bir qrup alim Şuşaya səfər etmək adı ilə aldadıldığını iddia edir. Onlar deyirlər ki, Şuşada keçiriləcək konfransda iştirak etmək üçün müəyyən məbləğ ödəniş etsələr də, sonda dələduzluqla üzləşiblər. Alimlərin sözlərinə görə, səfərə getmək üçün 470 nəfər qeydiyyata alınıb, ancaq cəmi 100 nəfər Şuşaya aparılıb, yəni 370 nəfər aldadılıb. Aldadıldığını iddia edən alimlərdən ikisi başlarına gələn xoşagəlməz hadisə ilə bağlı "Xəzər Xəbər"ə danışıblar. Əməkdaşlarımız səfərin təşkilatçısının mövqeyini də öyrəniblər.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, tarixçi alim Arif Gürşadoğlu və filologiya üzrə fəlsəfə doktoru Vüsalə Ağabəyli Şuşaya səfər etmək adı ilə aldadıldıqlarını iddia edirlər. Onların sözlərinə görə, Şuşada konfrans keçiriləcəyi vədi ilə qeydiyyatdan keçmiş bir qrup alim dələduzluqla üzləşib.

Müsahiblərim iddia edirlər ki, konfransda iştirak etmək üçün onlar tədbirin təşkilatçısı "İksad Azərbaycan" adlı təşkilatın baş koordinatoru Əlvan Cəfərov adlı şəxsin bank hesabına 70 manat pul köçürüblər. Səfərlə bağlı 470 nəfərin müraciəti qeydə alınsa da, sonda Şuşaya 100 nəfər aparılıb.

Vüsalə Ağazadə deyir ki, hətta ona iyunun 8-də Şuşaya səfər edəcəyi ilə bağlı mesaj da göndərilib. Onun sözlərinə görə, səfərlə bağlı ödəniş etdiyi şəxsə dəfələrlə zəng etsə də, zənglərə özü yox, həyat yoldaşı cavab verərək Əlvan Cəfərovun məşğul olduğunu deyib.

Mövzuda adı hallanan Əlvan Cəfərov Xəzər Xəbər-ə açıqlamasında dedi ki, müraciətlər çox olduğundan konfransa cəmi 100 nəfəri aparmaq mümkün olub. Qalan 370 nəfərin pulu isə geri qaytarılacaq.