20 dəqiqə ərzində 11 partlayış
Dünya 10 İyn 2022 14:22:00 125 0
Ruslar Rusiya Federasiyası ərazisindən Çerniqov vilayətinin sərhəd yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
Son.az UNİAN-a istinadən bildirir ki, bu barədə "Pivniç" Əməliyyat Komandanlığı məlumat yayıb.
"Saat 07:20-dən 07:40-a kimi müşahidəçilər Qremyaç istiqamətində top artilleriyasından 11 partlayış qeydə alıblar. Heyət və texnika arasında itki yoxdur. Yerli əhali arasında itkilər və mülki infrastruktura ziyan dəyməsi barədə məlumat yoxdur. Saat 08:15-dən 08:20-dək Mixalçın Sloboda istiqamətində, ehtimal ki, 120 mm-lik minaatandan 10 partlayış qeydə alınıb. Saat 09:30 radələrində yerli əhalidən həmçinin 2 partlayış barədə məlumat daxil olub.
Heyət və texnika arasında itki yoxdur. Yerli əhali arasında itki yoxdur, qeyri-yaşayış binasına ziyan dəyib.
Aslan Məmmədov Son.az
Mənbə: milli.az