4 nəfərin ölümünə səbəb olan şirkət prezidentinin cəzası azaldıldı


Digərləri 08 İyn 2022 15:37:00 2024 0

4 nəfərin ölümünə səbəb olan şirkət prezidentinin cəzası azaldıldı

Bakı Apellyasiya Məhkəməsində 4 nəfərin ölümünə səbəb olmaqda təqsirli bilinən iş adamı, "Əlincə" futbol klubunun prezidenti Elşad Kəlbəliyev barəsindəki hökmdən verilmiş şikayətə baxılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, prosesdə şikayət araşdırılıb və qərar qəbul edilib. Məhkəmə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib və şikayət qismən təmin edilib.

Məhkəmənin qərarı ilə E.Kəlbəliyevin cəzası 9 ildən 8 ilə endirilib.

Qeyd edək ki, ötən il iyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində Abşeron rayon sakini E.Kəlbəliyevin idarə etdiyi "Range Rover" və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi "Daewoo Damas" markalı avtomobillər toqquşub. Nəticədə M.Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, E.Kəlbəliyev və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərilib.

Daha sonra E.Kəlbəliyev hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub.