Bulvarın bu hissəsi artıq bağlanıb


Digərləri 08 İyn 2022 15:22:00 211 0

Bulvarın bu hissəsi artıq bağlanıb

2022-ci il Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədər Dənizkənarı Milli Parkın bir hissəsi artıq bağlanıb.

Bu barədə Bakı Şəhər Halqasından məlumat verilib.

Qeyd edilib ki, Dənizkənarı Milli Parkın "Azneft" dairəsindən Dəniz Vağzalına qədər olan əyləncə zonası üçün ayrılan hissəsi artıq bağlıdır.

Bu zonaya yalnız Formula 1-ə akkreditasiyası və ya bileti olan şəxslər daxil ola biləcək.

Qeyd edək ki, 2022-ci il Formula 1 Azərbaycan Qran Prisinin azarkeşləri Bakı yarışını canlı izləməklə yanaşı, üç gün davam edəcək mötəbər tədbir zamanı Dənizkənarı Milli Parkda təşkil olunacaq əyləncə proqramlarına qatıla biləcəklər.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq.