İtaliya polisi 4 tondan çox kokain müsadirə edib
Dünya 07 İyn 2022 14:00:00 391 0
İtaliyanın maliyyə polisi Triyest şəhərində keçirilmiş xüsusi əməliyyat nəticəsində 4,3 ton kokain müsadirə edib.
Son.az Trend-ə istinadən bildirir ki, bu, Avropada ələ keçirilmiş ən böyük həcmli müsadirələrdən biri olub.
Qeyd olunur ki, narkotik vasitə Kolumbiyada fəaliyyət göstərən "Körfəz klanı"na məxsus olub.
İtaliya mətbuatının məlumatına əsasən, ABŞ və Kolumbiya hüquq-mühafizə orqanlarının da daxil olduğu gizli əməliyyat bir ilə yaxın davam edib. Yekunda 4 tondan çox narkotik vasitənin müsadirəsi ilə yanaşı, İtaliya, Kolumbiya, Sloveniya, Xorvatiya, Bolqarıstan, Niderlandda 38 nəfər saxlanılıb.
Mənbə: milli.az