Toyda masanın üstünə çıxaraq seldən xilas olmağa çalışdılar


Digərləri 07 İyn 2022 14:45:00 226 0

Toyda masanın üstünə çıxaraq seldən xilas olmağa çalışdılar

Türkiyənin Burdur şəhərində şiddətli yağışdan sonra sel suları toy keçirilən zala dolub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, toyda çətin anlar yaşayan qonaqlar masaların üzərinə çıxaraq xilas olmağa çalışıblar.

Onlar qapı-pəncərələri qıraraq suyun çölə axmasına şərait yaradıblar və boğulmaqdan xilas olublar.

Həmin qorxulu anlar mobil telefonlar vasitəsilə lentə alınıb.