Din xadimi ilə mübahisə edən kişini yandırdılar


Dünya 06 İyn 2022 21:05:00 133 0

Din xadimi ilə mübahisə edən kişini yandırdılar

Nigeriya polisi bildirib ki, müsəlman din xadimi ilə mübahisə edən şəxs ölkənin paytaxtı Abucada din xadimini dəstəkləyən kütlə tərəfindən yandırıldıqdan sonra ölüb.

Son.az lent.az-a istinadla xəbər verir ki, 30 yaşlı Əhməd Usman yerli könüllülər qrupunun üzvü idi və polis deyir ki, ona qarşı 200-ə yaxın adam səfərbər edilib.

Polis onu hadisə yerində ağır yanıq xəsarətləri ilə aşkar edərək xəstəxanaya çatdırsa da, o, aldığı xəsarətlərdən dünyasını dəyişib.