Çində məktəblilərin zəlzələ zamanı nizamlı davranışı diqqət çəkdi


Dünya 05 İyn 2022 14:00:00 125 0

Çində məktəblilərin zəlzələ zamanı nizamlı davranışı diqqət çəkdi

Çinin Sıçuan əyalətində 6,1 bal gücündə zəlzələ baş verib.

Mili.Az Xəzər TV-yə istinadən bildirir ki, təbii fəlakət nəticəsində üç nəfər həyatını itirib.

Çinin sosial şəbəkə seqmentində yayımlanan görüntülər isə xüsusən maraqla qarşılanıb.  

Zəlzələni hiss edən məktəblilərin nizamlı şəkildə partaların altına sığınmaları diqqətdən qaçmayıb.