Qalmaqallı məhkəmədən olan qolbaqlar 5 minə satılır


Şou-biznes 05 İyn 2022 12:56:00 234 0

Qalmaqallı məhkəmədən olan qolbaqlar 5 minə satılır

Hollivud ulduzu Conni Depp və keçmiş həyat yoldaşı Amber Herdin qalmaqallı məhkəmə prosesində iştirak etmək hüququ alan şəxslərə taxılan bilərziklər onlayn satışa çıxarılıb.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, uzun müddətdir gündəmdən düşməyən məhkəmə prosesində istifadə olunan qolbaqlar 50 ilə 5 000 dollar arasında qiymətlərlə artıq onlayn satışa qoyulub. Məlum olub ki, bəzi satıcılar zalın özündə deyil, foyedə istifadə olunan qolbaqları belə satışa çıxarıblar.

Məlumat üçün bildirək ki, ümumilikdə sözügedən prosesdə məhkəmə zalına 100 tamaşaçı daxil ola bilirdi.

Qeyd edək ki, Conni və Herd 2015-ci ildə ailə qurublar. Aktrisa 2016-cı ilin mayında Deppi məişət zorakılığında günahlandıraraq məhkəməyə boşanmaq üçün müraciət etmişdi. Boşanma prosesi səkkiz ay davam edib və Herd keçmiş ərindən 7 milyon dollar təzminat alıb. Atılan böhtanlardan sonra karyerasına zərər gələn aktyor keçmiş həyat yoldaşını məhkəməyə vermiş və 50 milyon dollar təzminat istəmişdi. Bir müddət əvvəl yekunlaşan məhkəmə prosesində qəbul edilən qərara əsasən, Amber Conniyə 15 milyon dollar təzminat ödəyəcək.