Bakıda oğru götürdüyü televizorla birgə özünü 5ci mərtəbədən yerə atdı


Digərləri 05 İyn 2022 09:30:00 139 0

Bakıda oğru götürdüyü televizorla birgə özünü 5ci mərtəbədən yerə atdı

Bakıda oğurluqda şübhəli bilinən kişi özünü yaşayış binasının 5-ci mərtəbəsindən yerə atıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. 1980-ci il təvəllüdlü Məcidov Nofəl Namaz oğlu Faiq Yusubov küçəsində yaşayış binasından televizor oğurlamaq istəyərkən qonşular onu görüb. N.Məcidov televizorla birgə özünü 5-ci mərtəbədən yerə atıb.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın və Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Son.az