ABŞda ticarət mərkəzində atışma: çox sayda


Dünya 04 İyn 2022 23:48:00 126 0

ABŞda ticarət mərkəzində atışma: çox sayda

ABŞ-ın Finiks şəhərində (Arizona ştatı) ticarət mərkəzində atışma nəticəsində azı doqquz nəfər xəsarət alıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, CBS telekanalının yerli şöbəsinin şənbə günü polis nümayəndəsinə istinadla yaydığı məlumata görə, insident zamanı ticarət mərkəzində 100-ə yaxın insan olub. Xəsarət alanlardan üçünün vəziyyəti ağırdır. Yaralananların 17-24 yaş arasında olduğu bildirilir.

Telekanalın məlumatına əsasən, hadisə yerinin yaxınlığındakı küçələr bağlanıb, təhqiqat aparılır.

ABŞ Prezidenti Co Bayden son zamanlar odlu silahdan istifadə edilməklə törədilən kütləvi cinayətlər fonunda ölkə ərazisində hücum silahlarının və onlar üçün yüksək tutumlu patron daraqların satışını qadağan etməyə, ümumilikdə silahlar üzərində nəzarəti gücləndirməyə çağırıb.

Xatırladaq ki, iyunun 1-də Afrika əsilli amerikalı Talsa şəhərindəki tibb mərkəzinin binasında tüfəng və tapança ilə insanlara atəş açıb və sonradan intihar edib. Hadisə nəticəsində beş nəfər həlak olub, 10 nəfər yaralanıb. May ayında isə Nyu-York ştatının Buffalo şəhərindəki ərzaq mağazasında silahlı şəxs 10 nəfəri qətlə yetirib. Elə həmin ay Texas ştatının Yuvalde şəhərində ibtidai məktəbə hücum 19 şagirdin və iki müəllimin ölümü ilə nəticələnib.