"Səhnəyə olan ehtirasım tükənməzdir" Samirə VİDEO


Şou-biznes 04 İyn 2022 15:52:00 169 0

"Səhnəyə olan ehtirasım tükənməzdir"  Samirə  VİDEO

"Avroviziya" təmsilçilərimiz Aysel Teymurzadə və Samirə Əfəndi bir araya gəlib. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, onlar modelyer Rüfət İsmayılın dəfiləsində üz-üzə gəliblər. Birlikdə çəkilən görüntülərini Samirə instaqram səhifəsində yayımlayıb. 

"Azərbaycanda dünyada tarix yazan" deyə, Samirə Ayselin ünvanına deyib. 

Əfəndi daha sonra paylaşımına "Çıxdığım hər səhnədən sonra - fərq etmir kiçik və ya böyük -  yaşadığım təsüratdan uzun zaman ayıla bilmirəm. Bunu hiss edirsənsə, demək ki, daha çoxunu insanlarla bölüşə bilmisən. Səhnəyə olan ehtirasım və həvəsim tükənməzdir" sözlərini qeyd edib. 

Qeyd edək ki, Aysel Xalq artisti Murad Adıgözəlzadə ilə ailəlidir. Cütlüyün 3 övladı var.